“Sivasspor”dan “Qarabağ”a cavab

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyə “Sivasspor”u Ağdam klubunun paylaşımına cavab verib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Twitter” səhifəsində Azərbaycan və Türkiyə bayraqlarını paylaşıb.

Fotonun üzərində isə bu sözlər yazılıb: “Qarabağ” FK, can qardaşlarımız, sizi Sivasda qonaq etməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” öz “Facebook” səhifəsində “Can Türkiyəyə gəlməyimizi səbirsizliklə gözləyirik” paylaşımı edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button