“Sivasspor”dan “Konyaspor”a

Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Sivasspor”un sağ cinah müdafiəçisi Barış Yardımcını transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.

“Konyaspor” bu keçidə görə “Sivasspor”a təzminat ödəməyəcək. Futbolçunun özü isə yeni komandasında oynadığı matçlara görə məvacib alacaq.

Daha öncə “Hatayspor”, “Qaziantepspor” klublarında da oynamış Yardımcı, 2019-cu ildən “Sivasspor”da çıxış etsə də, bu komandada əsas heyət üzvü sayılmırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button