“Sivasspor” serb futbolçusunu icarəyə verdi
Türkiyənin “Sivasspor” klubu gənc yarımmüdafiəçisi Armin Derleki icarəyə göndərib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi serb futbolçunu Sloveniyanın “Aluminiy” klubuna icarəyə verib.
20 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Sloveniyada çıxış edəcək.
Qeyd edək ki, “Sivasspor” Derleki ötən mövsüm Serbiyanın “Partizan” klubundan transfer etmişdi. Serbiyanın gənclərdən ibarət yığmasının üzvü indiyə qədər Sivas təmsilçisində 9 rəsmi oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin