“Sivasspor” Mahir Emreli üçün “Legiya”ya təklif göndərdi
Türkiyənin “Sivasspor” klubu Azərbaycan millisinin və “Legiya”nın (Polşa) hücumçusu Mahir Emrelini transfer etmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Ertan Süzgün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, Sivas klubu 25 yaşlı hücumçu ilə bağlı Varşava təmsilçisinə təklif göndərib.
Bu mövsümün əvvəlindən “Legiya”da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra Polşa klubunda qalmaq istəmir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin