“Qarabağ”ın rəqibində ciddi itkilər

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sivasspor” klubunda zədəli futbolçuların vəziyyətinə aydınlıq gəlib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə təmsilçisinin 4 futbolçusu növbəti turda “Qarabağ”la keçiriləcək oyunu buraxacaq. Sol ayağında yırtıq aşkarlanan Joge Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Daha əvvəl sol ayaq biləyindən əməliyyat olunan Aaron Appindanqoyenin müalicəsində son mərhələ başlanılıb. Sağ dizindən zədələnən Sergey Rıbalka və keçən həftə sıradan çıxan kapitan Ziya Erdalın isə 1 həftə sonra məşqlərə başlayacağı gözlənilir. Bu futbolçuların “Qarabağ”la oyunda iştirak etməyəcəyi dəqiqləşib.

Müalicəsində 2-ci həftəni tamamlayan Marselo Qoyano isə məşqlərə başlamağa hazırdır.

“Sivasspor” – “Qarabağ” oyunu noyabrın 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button