Sivas valisi “Qarabağ”ı ziyarət etdi
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Türkiyədə “Sivasspor”la qarşılaşacaq “Qarabağ” oyundan öncə xoş sürprizlə qarşılaşıb.
Komanda.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sivas valisi Salih Ayhan və digər rəsmilər komandanın qaldığı otelə gəlib.
Qonaqları “Qarabağ”ın direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar.
Onlara xatirə olaraq “Qarabağ” forması hədiyyə olunub. Salih Ayhan komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və “Qarabağ”ı Sivasda görməkdən qürur duyduğunu bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin