Siriqunu Qollini əvəzlədi – “Napoli”də
“Napoli” heyətini yeni qapıçı ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Neapol təmsilçisi müqavilə ilə “Atalanta”ya məxsus olan, bu mövsümün əvvəlindən “Fiorentina”da icarə əsasında oynayan Pyerluici Qollinini heyətinə qatıb.
“Atalanta”nın qapıçısı bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. Qollini 2017-ci ildən “Atalanta”da çıxış edir. İtaliya millisində də 1 oyun keçirmiş qapıçı, əvvəllər “Verona” və “Aston Villa”nın formasını geyinib. 27 yaşlı qolkiper ötən mövsüm İngiltərənin “Tottenhem” klubunda da icarədə olub.
“Napoli” Qollinini heyətinə qatmaq üçün öz qapıçısı Salvatore Siriqunu da pulsuz “Fiorentina”ya göndərib. İtaliya yığmasının sabiq qapıçısı Florensiya klubu ilə 6 ay + 1 illik şərtlə müqavilə bağlayıb.
36 yaşlı qolkiper 2022-ci ilin yayında “Cenoa”dan ayrılaraq “Napoli” ilə 1+1 illik müqavilə bağlamışdı. Amma o, Neapol təmsilçisində debüt şansı qazanmayıb. “Palermo”nun yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış Siriqu, sonralar “Kremoneze”, “Ankona”, PSJ, “Sevilya”, “Osasuna”, “Torino” və “Cenoa”da da çıxış edib. O, İtaliya yığma komandasında 28 oyun keçirib.
Bizi Facebook-da izləyin