Şirerdən Premyer Liqanın yeni mövsümü ilə bağlı proqnoz

“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer Premyer Liqanın qarşıdakı mövsümündə çempionluq yarışının nəticəsi ilə bağlı proqnoz verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Liverpul”un çempionluğu qoruya biləcəyinə inanır.

Şirer “Arsenal”ı ikinci yerə qoyub və ilk üçlüyü isə “Mançester Siti” ilə tamamlayıb.

İngiltərəli sabiq futbolçu “Çelsi”ni dördüncü, “Nyukasl”ı beşinci, “Mançester Yunayted”i isə altıncı yerdə görür.

Premyer Liqada yeni mövsüm avqustun 15-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button