“Mançester Siti” daha əvvəl də bunun öhdəsindən gəlib”
“Nyukasl”ın keçmiş hücumçusu Alan Şirer 2023/2024 mövsümündə Premyer Liqa çempionluğuna əsas iddiaçılardan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çempionluq uğrunda mübarizədə “Mançester Siti”nin qələbə çalacağına inanır:
“Ardıcıl bir neçə həftə yaxşı nəticə əldə edə bilməyən komandaya baxanda, onların şansının tükəndiyini düşünməyə başlayırsan. Düşünürəm ki, “Mançester Siti” daha əvvəl də bunun öhdəsindən gəlib. Onlar bilirlər ki, panikaya düşməyin mənası yoxdur.Yaxşı oynamayanda belə, özlərinə və etdiklərinə inanırlar. Bilirlər ki, bu cür işləməyə davam etsələr, sonda nəticə verəcəklər. Buna görə də panikaya düşmürlər.
Eyni zamanda, bilirik ki, “Liverpul”un mövsümün sonunda gedəcək bir baş məşqçisi va. Ona görə də bir az daha çox təzyiq altındadırlar. Ötən mövsüm “Arsenal”ın başına gələnləri də bilirik, ona görə də onlarda da müəyyən təzyiq var. “Mançester Siti” yaxşı, güclüdür və belə bir vəziyyətin öhdəsindən necə gələcəyini bilir. Çünki onlar artıq bu vəziyyətdən keçiblər”.
26 turdan sonra “Liverpul” 60 xalla Premyer Liqaya başçılıq edir. İkinci yerdə “Mançester Siti” (59 xal) qərarlaşıb. İlk üçlüyü “Arsenal” qapayır (58 xal).
Bizi Facebook-da izləyin