AÇ-2024: “Ən çox günahkar Dembeledir”

İngiltərə millisinin və “Nyukasl”ın sabiq hücumçusu Alan Şirer Avropa çempionatının yarımfinal matçında cinah hücumçusu Osman Dembelenin çıxışından narazı qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, ən çox günahkarın Dembele olduğunu bildirib:

“Məncə, ən çox günahkar Dembeledir. O, yaxşı vəziyyətdə olanda şanslarını israf edirdi. Ondan daha çox şey gözlənilirdi. Son oyunda keyfiyyət və enerjinin tamamilə çatışmazlığı var idi”.

Fransa millisi İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olaraq turniri tərk edib. İspaniya millisi finalda Niderland və İngiltərə komandalarının qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button