“Sıradan səhvlərdən görüşü az fərqlə uduzduq”

“Gəncə”nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının 13-cü turunun “Ordu” ilə oyunundan sonra fikirlərini klubun mətbuat xidmətinə bildirib.

Komanda.az xəbər verir ki, o, 90:93 hesablı məğlubiyyətə belə şərh verib:

“İlk növbədə bizi səfər oyununda tək buraxmayan, dəstək verən azarkeşlərimizə təşəkkür edirəm. Onlara Bakıda qələbəni ərmağan etmək istədik. Amma olmadı. Düşünürəm ki, basketbolsevərlər üçün yaxşı oyun oldu. Heyətdə itkimiz vardı. Rotasiya etmək imkanımız geniş deyildi. Oyun planımızı da buna uyğun qurmuşduq. Meydanda yaxşı işlər gördük. Sona kimi də mücadilə etdik. Amma bəsit bir-iki səhvdən sonra əsas vaxtda üstünlüyü verdik. Matçda əlavə hissə oynanıldı. Orada da sıradan səhvlərdən görüşü az fərqlə uduzduq. Qarşıdakı oyunlara diqqət edəcəyik. Çatışmazlıqları aradan qaldırılmağa çalışacağıq. Azarkeşlərimizə yaxşı oyunlar göstərmək, onları sevindirmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button