Sinişa Mixayloviç koronavirusa qalib gəldi

İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Sinişa Mixayloviçin koronavirusa yoluxduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi serb mütəxəssisin vəziyyəti ilə bağlı yeni məlumat yayıb.

Klub Mixayloviçin sağaldığını açıqlayıb. Onun son iki testinin nəticəsi mənfi çıxıb. 50 yaşlı baş məşqçinin bu gündən etibarın komandadakı işinin başına qayıdacağı bildirilib.

Qeyd edək ki, avqustun 23-də virus aşkarlanan Sinişa Mixayloviç həm də onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button