Sinişa Mixayloviç dünyasını dəyişdi

Futbol üzrə Serbiya millisinin və İtaliyanın “İnter” klubunun sabiq oyunçusu Sinişa Mixayloviç dünyasını dəyişib.

Komanda.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Veteran müdafiəçi 53 yaşında onkoloji xəstəlikdən vəfat edib. Mixayloviç uzun müddət idi xərçəngdən əziyyət çəkirdi.

Xatırladaq ki, Sinişa Mixayloviç futbolçu karyerası ərzində “İnter”lə yanaşı, ölkəsinin “Voyvodina”, “Srvena Zvezda”, İtaliyanın “Roma”, “Sampdoriya” və “Latsio” klublarının da formasını geyinib. Baş məşqçi kimi də fəaliyyət göstərən mütəxəssis son olaraq İtaliya “Bolonya”sının sükanı arxasında olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button