
“Çelsi”nin futbolçusu “plesteyşn”də komandasına “Real”la “xəyanət” edir
“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesin adı son günlər “Real”a transfer şayiələrində hallanır.
Maraqlıdır ki, argentinalı futbolçu “kral klubu”na rəğbət bəslədiyini özü də dolayısı ilə etiraf edib.
Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, o, simulyator oyunlarında da “Real”ı seçdiyini bildirib:
“Argentina millisində olanda hər zaman Ezekiel Palasiosla birlikdə FİFA oyunu (“plesteyşn”) oynayırıq. Bəs hansı komandaları seçirik? Həmişə “Real”ı”.
Mediada yayılan xəbərlərə görə, “Çelsi” 24 yaşlı Fernandesin yay transfer dövründə satılmasını planlaşdırmır. O, cari mövsümdə bütün turnirlərdə 44 oyun keçirib, 7 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin