Şimşək çaxdı, oyun təxirə salındı FOTOLAR
Hollandiya Erediviziyasının 32-ci turu çərçivəsində keçirilən “Zvolle” – “Qroningen” matçı 57-ci dəqiqədə təxirə salınıb.
Komanda.az xəbər verir ki, buna səbəb hava şəraitinin pisləşməsi olub. Oyun zamanı göy guruldaması və şimşək çaxmasını görən baş hakim Martin van Den Kerkhof, futbolçuları paltardəyişmə otağına yollayıb.
“Zvolle” – “Qroningen” matçı aprelin 29-da keçiriləcək. Görüş 57-ci dəqiqədən davam edəcək. Təxirə salınan oyunda “Qroningen” 2:1 hesabıyla öndə idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin