Xavi gələcəyi ilə bağlı qərarı AÇ-2024-dən sonra verəcək

PSJ-nin və Niderland yığmasının yarımmüdafiəçisi Xavi Simons bu ay başlayacaq AÇ-2024-dən sonra karyerası ilə bağlı qərar verəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Simons hazırda bütün diqqətini milli komanda ilə AÇ-2024-ə cəmləyib.

Əvvəllər yarımmüdafiəçinin ən azı icarə əsasında “Barselona”ya qayıtmaq istədiyi barədə məlumatlar var idi. PSJ oyunçuya sabit oyun praktikasına zəmanət verməyə hazır deyil, ona görə də, Xavi Parisdə qalmaq istəmir.

21 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Leyptsiq”də keçirib və Bundesliqada 8 qol vurub, 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button