Simeoneyə əşya atanlar cəzalandırılacaq

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə cavab matçında rəqib komandanın baş məşqçisi Dieqo Simeoneyə əşya atan “Mançester Yunayted” azarkeşləri cəzalandırılacaq.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, oyunun final fitindən sonra argentinalı baş məşqçi dərhal paltardəyişmə otağına yollanıb. Bu vaxt ona tribunadan müxtəlif əşyalar, o cümlədən, plastik butulkalar atılıb.

“Mançester Yunayted” rəsmiləri müşahidə kameralarına düşən görüntüləri incələyirlər. “Old Trafford”da meydançaya kənar əşyalar atmaq qadağandır. Qaydanı pozanları stadiona üç ilədək giriş qadağası gözləyir.

“Atletiko” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Mançester Yunayted”ə “Old Trafford”da qalib gəlib (1:0, ilk oyun 1:1) və növbəti mərhələyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button