Simeoneni ruhlandıran oyun
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona” barədə fikir bildirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis Kataloniya təmsilçisinin 2022/23 mövsümündə hamıdan üstün olduğunu deyib:
“Bu mövsüm onlar hamıdan üstündür. Lakin zədəli futbolçuları var, son iki matçda heç-heçə ediblər. Bu gün göstərdiyimiz oyun (“Atletiko” – “Almeriya”, 2:1) məni daha da ruhlandırdı”.
İspaniya çempionatının turnir cədvəlində kataloniyalılar 73 xalla birinci, “hindular” isə 60 xalla üçüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin