Simeonedən “Real” azarkeşlərini hirsləndirəcək açıqlama
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə komandasına mümkün keçidlə bağlı danışmadığını etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, gələcəkdə özünü “Real”ın baş məşqçisi kimi görmədiyini də bildirib:
“Mən heç vaxt Kriştiano Ronaldo ilə bura gəlmək üçün danışmamışam, heç vaxt. Özümü “Real”da baş məşqçi postunda görmədiyim kimi, Kriştianonu “Atletiko”da da görmürəm”.
52 yaşlı Simeone 23 dekabr 2011-ci ildən “Atletiko”nu çalışdırır. Onun rəhbərliyi altında komanda 592 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin