“Barselona”nın hansısa futbolçusu Kostanın etdiyini etsəydi…” – Simeone
İspaniya La Liqasının son turunda “Barselona”ya 0:2 hesabı ilə məğlub olan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone matçdan sonra açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, ikinci pillə üçün mübarizə aparacaqlarını deyib:
“Meydanda 10 nəfərlə qalmağımıza baxmayaraq, komandamız çox yaxşı mübarizə apardı. Luis Suaresin qoluna qədər mükəmmələ yaxın oyun göstərdik. Qoldan sonra isə çox vaxtımız yox idi.
Mövsüm hələ yekunlaşmayıb. İkinci pillə üçün mübarizə aparıb, rəqabətə davam etməliyik. Qalan hər bir oyunun öz dəyəri var”.
48 yaşlı mütəxəssis, Dieqo Kostanın meydandan qovulduğu epizoda da münasibət bildirib:
“Hakimdən nə baş verdiyini soruşdum, çünki Kostanı meydandan qovacaq qədər nə baş verdiyini bilmək istəyirdim. “Barselona”nın hansısa futbolçusu Kostanın etdiyini etsəydi, onu meydandan qovmazdılar”.
Bizi Facebook-da izləyin