Simeone onun satılmasını istəyir
“Atletiko” artıq yarımmüdafiəçi Saul Niqeslə əməkdaşlıq etməkdə maraqlı deyil.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, futbolçunun yay transfer pəncərəsində satışının əsas təşəbbüskarı “hindular”ın baş məşqçisi Dieqo Simeonedir.
İspaniyalı futbolçunun bazar dəyəri 7,5 milyon avro olaraq qiymətləndirilir. Niqesin klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, “Atletiko”nun futbol akademiyasının məzunudur.
29 yaşlı yarımmüdafiəçi ötən mövsüm 49 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin