Simeonenin razı qaldığı futbolçu

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunun “Slovan”la oyununda (3:1) yarımmüdafiəçi Rodriqo de Paulun çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı Rodriqonun oyunu mükəmməl başa düşdüyünü bildirib:

“Rodriqo indi mövsümün əvvəlindən daha ardıcıl oyun nümayiş etdirir. Bu futbolçu komandamız üçün vacibdir. O, oyunu mükəmməl başa düşür və bəzən digər oyunçuların görmədiyi son ötürməni edə bilir”.

Rodriqo de Paul 2021-ci ilin yayından Madrid komandasında oynayır. Tərəflər arasındakı müqavilə 2026-cı ildə başa çatacaq.

Argentinalı futbolçu cari mövsümdə “Atletiko”nun heyətində 22 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button