Simeone: “Biz əla oyun göstərməliyik”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la qarşıdakı cavab oyunu haqda danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, matçın nəticəsinin oyunçulardan asılı olacağını bildirib:

“Futbolda fərqli ssenarilər, fərqli enerjilər olur. Çətin anlardan keçəcəyik, daha çox imkanlarımız olacaq. Oyunçuların aydınlığı və keyfiyyəti nəticəyə qərar verəcək. Qarşılaşma məhz belə keçəcək. Onların üstünlüyü var və biz oyunda qalmağımıza imkan verəcək o hədəfi axtarmalıyıq. Biz evdə oynayacağıq, azarkeşlərimiz bizi ruhlandıracaq, amma reallıq meydanda baş verənlərdir. Başdan sona enerji artacaq. Sadəcə, tribunada baş verənlərə görə qalib gəlməyəcəyik. Biz əla oyun göstərməliyik. Püşkatmadan sonra dedim ki, bu, əla oyundur və ümid edirəm ki, biz bunu sübut edə bilərik”.

Cavab oyunu bu gün keçiriləcək. ”Atletiko” ilk görüşdə 1:2 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button