Simeone ondan narazıdır

İspaniyanın “Atletiko” klubunun futbolçusu Lukas Torreyra qışda komandadan ayrılacaq.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, icarə əsasında Madrid klubunda çıxış edən 24 yaşlı futbolçunun baş məşqçi Dieqo Simeonenin inamını qazanmadığı bildirilir. Futbolçunun yanvarda ispanlardan ayrılaraq, müqavilə ilə məxsus olduğu “Arsenal”a qayıdacağı vurğulanır.

Torreyranın icarə əsasında “Torino”da çıxış etmək ehtimalı da var.

Oktyabr ayında “Atletiko”ya qoşulan Torreyranın icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button