“Həmin il ən yaxşı Qrizmann idi” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona”nın futbolçusu Antuan Qrizmannla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan mütəxəssis, 2014-2019-cu illərdə “Atletiko”da çıxış edən futbolçu ilə bağlı bunları deyib:

“Antuan cinahda oynayırdı və onu hücumda oynadanda məni öldürmək istəyirdilər. Klub cinah futbolçusu üçün 30 milyon avro ödəmişdi və mən hər şeyi dəyişdirdim. İkinci hücumçu olaraq oynamaq üçün o, bütün xüsusiyyətlərə sahib idi. Onunla fiziki səviyyədə çox çalışdıq. 2018-ci ildə heç bir futbolçu “Atletiko” və Fransa millisi üçün Qrizmanndan daha vacib şeylər etmədi. Lionel Messinin və Kriştiano Ronaldonun ən yaxşı futbolçular olduğunu deyə bilərik, amma bu, 2018-ci ildə belə deyildi. Həmin il ən yaxşı Qrizmann idi”.

Qrizmann 2019-cu ildə “Barselona”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button