
Simeone: “Onlar mənə dedilər ki…”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandanın Çempionlar Liqasına vəsiqə qazanmasını şərh edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis “Atletiko” rəhbərliyi ilə ilk danışığını yada salıb:
“Klub rəhbərliyi ilə ilk dəfə danışdığım vaxtı xatırlayıram. Onlar mənə dedilər ki, qarşıdakı 4-5 mövsümdə Çempionlar Liqasına çıxmaq üçün komandanın sabitliyi vacibdir. İndi onuncu dəfədir ki, bu turnirdəyik”.
“Atletiko” dünən La Liqanın 36-cı turu çərçivəsində “Elçe”ni məğlub edib – 2:0.
36 turdan sonra “Atletiko” La Liqada 67 xalla üçüncü yerdədir. Bu isə komandanın növbəti mövsümdə Çempionlar Liqasında iştirakını təmin edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin