Simeone ona bir neçə dəfə zəng edib, amma…

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone mərakeşli yarımmüdafiəçi Sofyan Amrabatı komandasına dəvət etmək istəyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, avqustun son həftəsində Simeone şəxsən Amrabata bir neçə dəfə zəng edib. Amma “Atletiko” yarımmüdafiəçini almaq hüququnu icarə müqaviləsinə daxil etmək istəməyib.

Nəticədə, “Fiorentina”ya məxsus olan 28 yaşlı yarımmüdafiəçi “Fənərbaxça” ilə anlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button