
Klublararası DÇ: Simeone narazı qalıb
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Klublararası dünya çempionatında PSJ-yə 0:4 hesablı məğlubiyyətdən sonra hakimin qərarlarına etirazını gizlətməyib.
Komanda.az AS-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis oyunun taleyinin təkcə meydanda həll olunmadığını bildirib:
“İkinci hissədə daha yaxşı oynadıq, hesabı 1:2-yə qədər azaltdıq. Həmin epizodda hakim oyunu davam etdirməyə imkan verdi və top qapıdan keçdi. Amma sonra VAR müdaxilə etdi və qərar dəyişdi. Bunu qəbul etmək çətindir. Hakim əvvəlcə qərarı verdi, sonra məsuliyyəti texnologiyaya ötürdü. Bu, oyunun axarına ciddi təsir etdi”.
“Atletiko” növbəti oyununu “Sietl Saunders”ə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin