Simeonenin oğlu İtaliya klubundan ayrılmaq istəmir

“Napoli”nin hücumçusu Covanni Simeone qış transfer pəncərəsində komandasını tərk etmək fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard ən azı mövsümün sonuna qədər İtaliya klubunda qalacaq.

Simeonenin “Torino”ya mümkün transferi ilə bağlı şayiələr ciddi qəbul edilməməlidir. Məsələ burasındadır ki, “Napoli” onu qış transfer pəncərəsində buraxmaq fikrində deyil.

Simeone “Napoli”də artıq üçuncü mövsümünü keçirir. “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğlu olan futbolçu birinci ilində A Seriyasının qalibi olmağı bacarıb.

29 yaşlı hücumçu cari mövsümdə İtaliya çempionatında keçirdiyi 6 matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button