
Simeonedən onu “müdafiə məşqçisi” hesab edənlərə cavab
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone taktiki üslubundan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis bunu deyib:
“Mən özümü müdafiənin məşqçisi hesab edirəm? Mən özümü sadəcə məşqçi hesab edirəm. Hücum və müdafiə ilə bağlı müzakirələr çox darıxdırıcıdır. Topu 80 dəqiqə saxlamaq, onunla müdafiə olunmaq və cəmi üç şans yaratmaq olar. Bu, hücumdur, yoxsa müdafiə? “Real” və “Barselona” fərqli oynayır, amma hər iki komanda qalib gəlir”.
Simeone 2011-ci ilin sonundan “Atletiko”ya rəhbərlik edir. 55 yaşlı mütəxəssis uzun müddətdir ki, etibarlı müdafiəyə arxalanan məşqçi kimi şöhrət qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



