
Simeone “Barselona”nı “möhtəşəm” adlandırdı
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının “Barselona”ya məğlubiyyətini (2:4) şərh edib.
Komanda.az xəbər verir ki, argentinalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında möhtəşəm rəqiblə qarşılaşdıqlarını bildirib:
“Barselona”nı təbrik edirəm. Bu gün rəqib bir az şanslı idi, amma bundan çıxış yolu yoxdur. Biz isə əks-hücumlarımızdan yararlana bilmədik. Möhtəşəm rəqiblə qarşılaşdıq. İşləməyə davam etməliyik. Vurduğumuz ikinci qoldan sonra rəqib buna erkən cavab verdi. Bu da həmişə belə hallarda olduğu kimi, “Barsa”ya güvən verdi”.
70-ci dəqiqədə 2:0 hesabı ilə önə keçən madridlilər qısa müddətdə qonaqlara bir qol vurmağa imkan veriblər ki, bu da sonun başlanğıcı olub. Qalan vaxtda kataloniyalılar daha üç dəfə fərqlənərək, çox vacib üç xalı qazanıblar.
Bizi Facebook-da izləyin