
Simeone: “Qrizmann qeyri-adi oyunçudur”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone futbolçu Antuan Qrizmann haqqında danışıb.
Komanda.az xəbər verir ki, argentinalı çalışdırıcı mətbuat konfransında Qrizmanndan bir saniyə belə, şübhələnmədiyini bildirib:
“Qrizmann bizə keyfiyyət verən qeyri-adi oyunçudur. Mən ondan bir saniyə belə, şübhələnmirəm”.
33 yaşlı fransalı forvard bu mövsüm “Atletiko”nun heyətində 35 oyun keçirib, 15 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin