Simeone Kurtua ilə bağlı yaşanan qalmaqaldan danışdı

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 8-ci turunun matçında “Real”ın qapıçısı Tibo Kurtua ilə bağlı yaşanan qalmaqallı epizoddan (1:1) danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis, qapıçıya hansı məsləhətləri verdiyini açıqlayıb:

“Mən ona sakit olmağı tövsiyə etdim. Bizə tribunalarda belə adamlar lazım deyil. Kurtuanın insanları necə günahlandırdığını və necə güldüyünü də görə bilərdiz”.

Matç irəlilədikcə “Atletiko” azarkeşləri meydançaya və Kurtuaya tərəfə yad əşyalar atmağa başlayıblar. Belə olan halda, hakim komandaları paltardəyişmə otağına göndərib. Oyun 20 dəqiqəlik fasilədən sonra davam edib.

Kurtua əvvəllər “Atletiko”da oynayıb, sonradan “Çelsi” vasitəsilə “Real”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button