Simeone Koke və Qrizmanna az şans verməsinin səbəbini izah etdi

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandanın yarımmüdafiəçisi Koke və hücumçusu Antuan Qrizmannın oyun müddətinin azaldılmasından danışıb.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, o, bunu oyunçuların yaşları ilə əlaqələndirib:

“Oyunçunun qocalması və bir az ritm, sürət və keyfiyyət itirməsi normaldır. İndiki zamanda yaşamaq lazımdır. Buna baxmayaraq, Qrizmann və Koke hələ də komandanın bir hissəsidir. Onlar hələ də faydalı keyfiyyətlərə malikdirlər”.

Qrizmannın Madrid klubu ilə cari müqaviləsi növbəti yay mövsümünün sonuna qədərdir.

“Atletiko” La Liqanın 31-ci turunda 63 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button