Simeone: “Bizim böyümək üçün vaxtımız var”

Dieqo Simeone “Atletiko”nun cari La Liqa mövsümündə 3-cü yerdə qərarlaşmasını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı “Sevilya” üzərində əzmkar qələbədən (2:1) sonra bu barədə danışıb:

“İsrar edirəm ki, biz özümüz haqqında düşünməliyik, keçən mövsümün nəticəsini (4-cü yer) yaxşılaşdırmalıyıq və bu il yeni oyunçularımızın sayını nəzərə alaraq, inkişaf etməliyik.

Bizim böyümək üçün vaxtımız var. Təbii ki, itkilər olacaq, bəzən biz də inciklik hiss edəcəyik. Amma mübarizəmizi davam etdirəcəyik.

0:1-də komanda çaxnaşma yaratmadı və matçın gedişatını yaxşılaşdırdı. Kokenin ikinci hissədə çıxışı bizə sakit və kombinasiyalı oyun verdi, yaxşı oynayan Xulian Alvares və Rikelmenin əl-qolunu açdı”.

“Atletiko” 30 turdan sonra La Liqanın turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button