ÇL: “İnter”in Avropanın 4-5 ən yaxşı komandasından biri olduğunu söyləməliyik”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında “İnter”lə keçiriləcək oyun haqda danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, İtaliya klubunun yüksək səviyyəli rəqib olduğunu bildirib:

“İnter”dən danışsaq, onların hazırda Avropanın 4-5 ən yaxşı komandasından biri olduğunu söyləməliyik. Bu, öz sözünü deyir: çempionatda necə çıxış etdikləri, son Çempionlar Liqasında necə oynadıqları. İndi isə daha da inamla çıxış edirlər. Bu, duel oyunu olacaq. Kim daha çox duel qazansa, o, qələbəyə yaxınlaşa biləcək. Qarşılaşma İspaniya kuboku və İspaniya superkubokunun final oyununa bənzəyəcək”.

Komandalar arasında qarşılaşma bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button