ÇL: “Bütün dünya bunu gördü” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə cavab oyununda (2:1) qazanılan qələbədən danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, azarkeşlərin dəstəyinin komandanın yaxşı çıxış etməsində böyük rolu olduğunu bildirib:

“Azarkeşlərimizə böyük heyranam. Bu gün stadiona gələndə, matçın əvvəlində onların bizi qarşılaması çox emosional idi. Biz bu matça “Kadis”lə pis oyundan sonra gəldik və düzünü desəm, futbolçularıma çatdırmağa çalışdım ki, indi azarkeşlərdən dəstək istəməyin vaxtıdır.

Azarkeşlərimiz stadionumuzda həlledici rol oynadılar. Bütün dünya bunu gördü və bu, oyunçularımızın bu gün inanılmaz bir rəqibə qarşı mübarizə aparmasına kömək etdi”.

ÇL-in 1/4 final mərhələsinin püşkatma mərasimi martın 15-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button