
Simeone ilə 3 illik müqavilə imzalanacaq
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone klubla müqaviləsini uzatmağa yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə “Cope” məlumat yayıb. Məlumatda bildirilir ki, argentinalı çalışdırıcı Madrid klubu ilə daha 3 il müddətinə müqavilə imzalayacaq. Müqavilədə nəticələr uğursuz olarsa, tərəflərin əməkdaşlığa vaxtından əvvəl xitam verə biləcəyi barədə bənd olacaq.
Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin ortalarına qədərdir.
“Hindular” La Liqanın 10 turundan sonra turnir cədvəlində 3-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin