“Hücumda gücümüz yox idi, müdafiədə zəif idik” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya kral kubokunun cavab oyununda “Atletik”ə məğlubiyyəti (0:3) və turnirdən kənarlaşmalarını şərh edib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis rəqibi qələbə münasibətilə təbrik edib: 

“İlk görüşdə 0:1 hesablı məğlubiyyətimiz rəqibin səviyyəsindən xəbər verir. Cavab oyununda 0:3 hesablı məğlubiyyət isə onların gördükləri işdən xəbər verir. Oyunun əvvəlində daha yaxşı idarə etməli olduğumuz üç epizodumuz var idi. Qol vurub oyuna yaxşı qoşulmaq imkanımız oldu, amma bacarmadıq. Hücumda gücümüz yox idi, müdafiədə zəif idik. Rəqibi qələbə münasibətilə təbrik etməyə dəyər”.

“Atletik” finalda yarımfinalda “Real Sosyedad”ı ümumi hesabda (0:0 və 2:1) məğlub edən “Malyorka” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button