Simeone: “Hazırda bizə ağrılıdır”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 2025/26 mövsümünün ilk turunda “Espanyol”a 1:2 hesabı ilə uduzduqları matç barədə danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı hücumda oyunlarını yaxşılaşdırmalı olduqlarını bildirib:

“Hazırda bizə ağrılıdır, çünki bu, pis nəticədir. Hücumda oyunumuzu yaxşılaşdırmalıyıq. “Espanyol” şanslarından maksimum istifadə etdi və üç xal qazandı. Biz daha yaxşı olmalı və irəliləməliyik”.

“Atletiko” La Liqanın növbəti turunda, avqustun 23-də Madriddə “Elçe” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button