Simeone fransalı futbolçuya şans verəcək

“Atletiko”nun yarımmüdafiəçisi Tomas Lemar növbəti mövsümdə klubda qalacaq. 

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone 28 yaşlı futbolçuya növbəti mövsümdə də şans vermək niyyətindədir. 

Lemar və Madrid klubu arasındakı hazırkı müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Fransalı futbolçunun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir. 

“Atletiko” mövsümün sonunda İspaniya çempionatının turnir cədvəlində 4-cü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button