Simeone: “Depaya görə daha çox xoşbəxtəm”
“Atletiko”nun çalışdırıcısı Dieqo Simeone İspaniya çempionatının birinci turunun “Qranada” ilə matçını (3:1) dəyərləndirib.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, çətin qələbə qazandıqlarını söyləyib:
“La Liqa həmişə çox çətin keçir. Burada bütün komandalar çox yaxşı oynayır. İlk matçda qələbə qazanmaq asan olmadı. Əvəzetmələr komandanı gücləndirdi.
Ümid edirəm ki, Alvaro Morata bu mövsüm çox qol vuracaq. Onunla yanaşı, Memfis Depaya, Anxel Korreaya, Antuan Qrizmanna və Yannik Karraskoya çox böyük ümidlər bəsləyirəm. Depaya görə daha çox xoşbəxtəm. O, çox çalışmalı olduğunu bilir”.
“Hindular” La Liqanın 2-ci turunda “Betis”in qonağı olacaq. “Qranada” isə “Rayo Valyekano”nu qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin