Simeone israrla onu istəyir
Argentina millisinin və “Roma”nın hücumçusu Paulo Dibala karyerasını “Atletiko”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki madridlilər hücumçu ilə yaxından maraqlanır.
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone şəxsən həmyerlisi olan futbolçunun xidmətində maraqlıdır. O, argentinalı forvardla müqavilə imzalamaqda israrlıdır.
30 yaşlı Dibala bu mövsüm A Seriyasında 19 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin