Simeone “Barselona” ilə oyun haqda: “Onlar bizdən üstün idilər”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 29-cu turunda “Barselona”ya məğlubiyyəti (0:3) şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, futbolçularının qələbə üçün əlindən gələni etdiyini söyləyib:

“Onlar bizdən üstün idilər, ilk qol vəziyyətlərində daha qətiyyətli davranırdılar. Bizdə də Morata hesabı 1:1-ə çatdıra bilərdi. Bunlar vacib epizodlar idi. Qaçırdığımız ikinci qol epizodu isə bizi oyundan çıxardı.

Çox səy göstərdik. Futbolçularımı qınamağa heç nə yoxdur. Onlar hər şeylərini verdilər”.

“Barselona” 64 xalla La Liqanın turnir cədvəlində “Jirona”nı (62 xal) qabaqlayaraq ikinci yeri tutub. “Atletiko” 55 xalla 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button