Simeone hücumçusunu təriflədi

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone hücumçu Xulian Alvaresin “The Best” mükafatının namizədləri siyahısına daxil edilməməsinə münasibət bildirib.

Komanda.az xəbər verir ki, argentinalı çalışdırıcı “beIN Sports”-a açıqlamasında belə deyib:

“Alvares əla futbolçudur. O, “Atletiko” üçün çox vacib oyunçudur və onu dünyanın ən yaxşı hücumçularından biri adlandırmaq olar. Ümid edirəm ki, Alvares klubumuza hələ uzun müddət böyük fayda gətirəcək”.

25 yaşlı forvard Madrid klubuna 2024-cü ildə “Mançester Siti”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button