Simeone ABŞ-da keçiriləcək matç haqda: “Gözlərimlə görməyincə inanmaram”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqa rəhbərliyinin “Vilyarreal” – “Barselona” oyununu ABŞ-da keçirmək planlarına münasibət bildirib.

Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis mətbuat konfransında bunu şərh etməyəcəyini deyib:

“Vilyarreal” – “Barselona” oyunu ABŞ-da? Mən bunu şərh etməyəcəm. Öz gözlərimlə görməyincə inanmaram”.

Dekabrda keçirilməsi nəzərdə tutulan bu qarşılaşmanın Mayamidə baş tutacağı gözlənilir. Ancaq qərar İspaniyada ciddi narazılıq doğurub və hətta futbolçuların da qatıldığı etiraz aksiyası təşkil olunub.

“Atletiko” bu gün doğma meydanda “Osasuna”nı qəbul edəcək. Madridlilər hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button