9 il, 500 oyun, 302 qələbə
İspaniya La Liqasının 16-cı turu çərçivəsində “Atletiko” “Xetafe”ni 1:0 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, bu oyun “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub. Bu, argentinalı mütəxəssisin Madrid klubundakı 500-cü oyunu olub. Komanda Simeonenin rəhbərliyi altında keçirdiyi 500 oyunda 302 qələbə qazanıb.
50 yaşlı mütəxəssis 2011-ci ildən “Atletiko”nu çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin