Şimali makedoniyalı “Sumqayıt”ın tarixinə düşdü
“Sumqayıt”ın futbolçusu Kristian Velinovski klubun tarixinə düşüb.
Komanda.az xəbər verir ki, 24 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi “gənclik şəhəri” təmsilçisinin heyətində Premyer Liqada meydana çıxan 200-cü oyunçu olub.
O, “Zirə”yə 0:1 hesabı ilə uduzduqları 6-cı turun matçında iştirak edib.
Debütü 2011/12 mövsümündə gerçəkləşən və əvvəllər “Sumqayıt Şəhər” adı altında çıxış edən klub cari çempionatın startına qədər 190 oyunçuya güvənib. Əvvəlki 5 turda 9 debütantın meydana çıxdığı “Sumqayıt” Velinovski ilə 200-ə çatıb.
“Gənclik şəhəri” təmsilçisi bu göstəricidə 11-ci komandadır. Yalnız 10 komanda daha çox futbolçuya şans verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin