Şimali Makedoniya millisinin sabiq üzvü “Səbail”də
“Səbail” növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, paytaxt klubu Şimali Makedoniyadan olan yarımmüdafiəçi Milovan Petroviçi heyətinə qatıb.
Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Tərəflər 6 aylıq müqaviləyə imza atıblar.
31 yaşlı legioner yeni komandasında 23 nömrəli formanı geyinəcək. O, “Səbail”in mətbuat xidmətinə açıqlama da verib: “Burada olmağıma şadam. “Səbail” əla təşkilatçılığı ilə seçilən klubdur. Komandanın uğurları üçün bütün bacarığımı ortaya qoyacam”.
Son olaraq ölkəsində “Vardar”da çıxış edən Petroviç, Şimali Makedoniya yığmasında da 9 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin