“Azərbaycanı evdə 4:0 hesabıyla məğlub etdiyimiz üçün qürur duyuram”
Şimali İrlandiya milli komandasının keçmiş baş məşqçisi Maykl O Nil açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis Şimali İrlandiya yığmasındakı günlərindən danışarkən, Azərbaycan millisiylə 2016-cı ildə baş tutmuş oyunu da xatırlayıb:
“Azərbaycanı evdə 4:0 hesabıyla məğlub etdiyimiz üçün qürur duyuram. Sonra Xorvatiya ilə yoxlama oyunu oynadıq. Conni Evans ikinci uşağı dünyaya gəldiyi üçün evə getmişdi, ancaq sonra yoxlama oyununda iştirak etmək üçün geri qayıtdı. Bunlar sadəcə keçmişdə qalmayacaqdı. Bu bağlılığı görəndə düzgün yolda olduğunuzu bilirsiz”.
2011-ci ildən Şimali İrlandiya yığmasını çalışdıran O Nil, bir neçə gün əvvəl millidəki işindən istefa verib. Şimali İrlandiya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanı 4:0 hesabıyla məğlub etmişdi.
Bizi Facebook-da izləyin